9 məktəbə yeni direktorlar təyin olundu – SİYAHI/FOTO 

9 məktəbə yeni direktorlar təyin olundu – SİYAHI/FOTO 

Hazırda oxunan: 9 məktəbə yeni direktorlar təyin olundu – SİYAHI/FOTO 

189217

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Regional Təhsil İdarəsindən məlumat verilib. 

Belə ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə: 

1. Qəbələ rayon Nicat Apayev adına şəhər 4 nömrəli tam orta məktəbə Məhəbbət Əliyeva; 

2. Oğuz rayon M.F.Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbə Aynurə Səfərova;

3. Zaqatala rayon Suvagil kənd A.Qədirov adına 2 nömrəli tam orta məktəbə Zülfiyyə Əlixanova;

4. Qax şəhər Etibar Babayev adına 4 nömrəli tam orta məktəbə Rübail Əfəndiyeva;

5. Şəki rayon Oxud kənd N.Hümmətov adınatam orta məktəbə Elman İsmayılov;

6. Zaqatala şəhər Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanov adına Humanitar fənlər gimnaziyasına İranə Əlizadə;

7. Şəki şəhər 20 nömrəli tam orta məktəbə Bəylər Süleymanov; 

8. Şəki şəhər 19 nömrəli tam orta məktəbə Taleh Novruzov;

9. Şəki rayonu Kiçik Dəhnə kənd 2 nömrəli tam orta məktəbə isə Miçurin İsmayılov təyin olunub.

Təqdimetmə mərasimlərində yerli rayon təhsil sektorların müdirləri, sektor əməkdaşları və məktəb kollektivi iştirak edib, qarşıda duran vəzifələr izah edilib, təhsilin keyfiyyəti, şagirdlərin təlim və tədris keyfiyyətinin artırılması müzakirə edilib. 













Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO