Azərbaycanda pedofillər necə CƏZALANDIRILIR? – Hüquqi İZAH 

Hazırda oxunan: Azərbaycanda pedofillər necə CƏZALANDIRILIR? – Hüquqi İZAH 

188413

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs kameralara düşüb. Əməliyyatı Nərimanov polisi həyata keçirib. 

Azərbaycanda qeyd edilən hallar yayılmasa da, zaman-zaman müşahidə olunur. Ekspertlər bildirir ki, daha çox uşaq bağçası, məktəblər, uşaq və yeniyetmələr çox olan yerlərin həndəvərində hərlənən pedofillərdən qorumaq üçün valideynlər bu barədə düzgün məlumata malik olmalı və uşaqlarla da bu barədə etik çərçivədə, qorxutmadan, psixoloji söhbətlər etməlidirlər.

Maraqlıdır, ölkəmizdə pedofillər necə cəzalandırılır? 

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, Azərbaycan qanunvericiliyində ayrıca pedofilliyə aid maddə nəzərdə tutulmayıb:

“Yəni pedofilliyə görə heç bir məsuliyyət nəzərdə tutulmayıb. Sovet qanunlarında belə bir maddə var idi və “uşaqbazlıq” adlandırılırdı. Həmin maddə ilə məsuliyyətə cəlbolunma var idi. Lakin hazırda nə bizim qanunvericiliyimizdə, nə də xaricdə pedofilliklə bağlı qanun var. Ümumilikdə isə, cinsi toxunulmazlıqla bağlı maddə mövcuddur”. 

Hüquqşünas bildirib ki, eyni zamanda Azərbaycanda Cinayət Məcəlləsinin 149-cu maddəsində zorlanmadan bəhs olunur:

“Məsələn, yetkinlik yaşına çatmayan şəxsin zorlanması halı baş verərsə, cinayətkarın 15-20 il müddətinə azadlıqdan məhrum olunması nəzərdə tutulur. Bundan başqa, azyaşlıya qarşı seksual xarakterli hərəkət olunarsa, bunun da cəzası 15-20 il müddətində həbsdir. 151-ci maddədə isə qorxutma ilə seksual xarakterli hərəkətlərə məcbur etmə var ki, cəzası 1-3 il həbsdir. Yəni pedofilliyə aid ayrıca qanun olmasa da, Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan şəxslərlə bağlı maddələr var”. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO