Əsgəran yolunun inşasına başlanıldı – FOTO  

Əsgəran yolunun inşasına başlanıldı – FOTO  

Hazırda oxunan: Əsgəran yolunun inşasına başlanıldı – FOTO  
187555
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əsgəran avtomobil yolunun inşasına başlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Bildirilib ki, Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (Ağdam şəhərinin dairəvi yolu) və uzunluğu 18 km olan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir. 

Bildirilib ki, hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür: 

“Avtomobil yolunun tikintisinin başa çatdırılması imkan verəcək ki, Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlər, Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam edələr. 

Əsgəran avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır”. 

Əsgəran yolunun inşasına başlanıldı – FOTO   - foto 1
Əsgəran yolunun inşasına başlanıldı – FOTO   - foto 2
Əsgəran yolunun inşasına başlanıldı – FOTO   - foto 3
Əsgəran yolunun inşasına başlanıldı – FOTO   - foto 4
Əsgəran yolunun inşasına başlanıldı – FOTO   - foto 5
Əsgəran yolunun inşasına başlanıldı – FOTO   - foto 6
Əsgəran yolunun inşasına başlanıldı – FOTO   - foto 7

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO