Xaçmazda dəhşətli qətl hadisəsinin təfərrüatları MƏLUM OLUB - FOTO/VİDEO

Hazırda oxunan: Xaçmazda dəhşətli qətl hadisəsinin təfərrüatları MƏLUM OLUB - FOTO/VİDEO

183886

Xaçmazda 66 yaşlı Yergüc kənd sakini Səfurə Balacayevanın xüsusi amansızlıqla öldürülməsi faktı ilə bağlı bəzi təfərrüatlar məlum olub. 

Bizim.Media xəbər verir ki, bu barədə mərhumun oğlu, rayonun Qusarçay kəndində yaşayan Zaur Balacayev jurnalistlərə açıqlama verib.  

Z.Balacayev bildirib ki, anası hadisə zamanı evdə tək olub, qanlı olay martın 20-də gecə saatlarında baş verib. Onun sözlərinə görə, anasının ölməyini ailəli olan kiçik bacısı bilib:

"Bacım anama bayram payı gətiribmiş, çağırıb, amma eşitməyib, qapını açanda anamı qan içində ölmüş görüb. Bizim düşmənimiz olmayıb, anamın pulu-parası da yox idi."  

27 yaşlı Tofiq Balacayevin bayram günü özündən 39 yaş böyük əmisi arvadını hansı səbəbdən qətlə yetirməsi ilə bağlı müxtəlif versiyalar səslənir. İstintaq getdiyi üçün təfərrüatlar açıqlanmır.

Xaçmaz Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə başlanılan cinayət işinin istintaqı davam edir.  
 











Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO