Dumanlı hava nə vaxtadək davam edəcək?

Dumanlı hava nə vaxtadək davam edəcək?

Hazırda oxunan: Dumanlı hava nə vaxtadək davam edəcək?

181481

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. 

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Bizim.Media-ya bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda 500 metrədək məhdudlaşıb. 

Xidmət rəisinin sözlərinə görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır: 

“Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin bu gün gündüz saatlarınadək davam edəcəyi gözlənilir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO