Bu il qış SOYUQ KEÇƏCƏK?

Bu il qış SOYUQ KEÇƏCƏK?

Hazırda oxunan: Bu il qış SOYUQ KEÇƏCƏK?
165967
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda əsasən yanvar-fevral aylarında qışın soyuq keçməsini gözləyirik. Gələn il sözügedən aylarda yağıntıların bol olacağını, dağlıq və dağətəyi rayonlarda sulu qar və qarın yağacağını istisna etmirik. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda izləyicilərin suallarını cavablandırarkən bildirib. 

Xidmət rəisi 2024-cü ilin yanvar-fevral aylarında ölkəmizdə daha soyuq hava şəraiti ilə qarşılaşacağımızı istisna etməyib. 
Qlobal iqlim dəyişikliklərindən danışan mütəxəssis bildirib ki, qlobal istiləşmə qış mövsümünün nisbətən mülayim keçməsinə təsirini göstərib.

O bildirib ki, dünya regional iqlim mərkəzləri tərəfindən verilən məlumatlarda gələn ilin yanvar-fevral aylarında havanın orta temperaturunun 1-2 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Ancaq praktikada bir neçə ay öncədən verilən proqnozların özünü doğrultma faizi çox da yüksək olmur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO