Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO 

Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO 

Hazırda oxunan: Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO 
163401
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. 

Rəsədxanadan Bizim.Media-ya bildirilib ki, Günəşin səthində ləkələrin sayı artıb, 5 ləkə qrupunda 67 ləkə, o cümlədən geoeffektiv tac dəliyi müşahidə olunur.  

Hazırda Günəş küləyinin sürəti 493 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.83 nT, radial istiqamətdə isə 2.33 nT təşkil edir. Kosmik hava qeyri-sabitdir və G2 (orta) səviyyəli qasırğa gözlənilir.

Noyabrın 7-dən 13-dək C sinif alışmanın baş verməsi ehtimalı 80 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.
Geomaqnit sahəsinin noyabrın 8 və 9-da fəallığını saxlayacağı və daha sonra normala dönməsi proqnozlaşdırılır.

Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO  - foto 1
Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO  - foto 2
Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO  - foto 3
Rəsədxanadan XƏBƏRDARLIQ: Ortasəviyyəli qasırğa gözlənilir - FOTO  - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO