Arif Hacılının oğlu SAXLANILDI - VİDEO 

Arif Hacılının oğlu SAXLANILDI - VİDEO 

Hazırda oxunan: Arif Hacılının oğlu SAXLANILDI - VİDEO 

162348

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Arif Hacılı özünün “Facebook” hesabında yazıb. 

Arif Hacılı qeyd edib ki oğlu Orxan Hacılı bir neçə gün əvvəl baş vermiş avtomobil qəzası ilə əlaqədar həbs olunub. 

Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı.

Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub. Görüntülərdə “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılması əks olunub. 
Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib etmişdi. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO