“Qənirə Paşayeva qısa ömründə öz imzasını xalqın tarixinə yazdı” - Aydın Hüseynov

“Qənirə Paşayeva qısa ömründə öz imzasını xalqın tarixinə yazdı” - Aydın Hüseynov

Hazırda oxunan: “Qənirə Paşayeva qısa ömründə öz imzasını xalqın tarixinə yazdı” - Aydın Hüseynov

157474

“Qənirə xanım Paşayeva qısa ömründə öz imzasını xalqın tarixinə yazdı”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

"Qənirə Paşayeva xalqını, millətini dərindən sevən bir insan idi. Dövlətə, dövlətçiliyə çox bağlı idi.

Qənirə Paşayeva hər bir insanın qəlbində yaşayacaq".

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO