Maaşın gecikməsinə görə kompensasiya veriləcək -  VİDEO

Maaşın gecikməsinə görə kompensasiya veriləcək -  VİDEO

Hazırda oxunan: Maaşın gecikməsinə görə kompensasiya veriləcək -  VİDEO
137102
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Maaşın gec ödənməsi halı çoxlarının qarşılaşdığı problemdir.

Bizim.Media xəbər verir ki, əksər hallarda özəl şirkətlər işçilərinə maaşı əmək müqaviləsində təyin olunan vaxtdan 3-5 gün, bəzi hallarda isə daha gec ödəyirlər.  

Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, bu hallarda qanunda gecikdirilən hər gün üçün maaşın 1 faizi həcmində işçiyə pul ödənməsi tələbi öncədən mövcud idi.
Ancaq Konstitutsiya məhkəməsinin yeni qərarına əsasən artıq işəgötürənlə işçi arasında fərdi əmək mübahisəsi maaşın gecikdirilməsinə səbəb olduqda da işçiyə əlavə kompensasiya ödənməlidir.

Məsələ ilə bağlı danışan hüquqşünas Ayazbəy Əhmədov bildirir ki, yeni qərar işçilərin hüquqlarının müdafiəsini daha da gücləndirir.

Yəni, əgər işəgötürənlə-işçi arasında fərdi əmək mübahisəsi səbəbindən onun 1000 manat olan maaşı 10 gün gecikirsə, işəgötürən buna görə də əlavə 100 manat həcmində vəsait ödəməlidir.

Bundan başqa işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində həmin əlavə ödənişin verilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu kimi hallarda işəgötürən əlavə olaraq Əmək Müfəttişliyi Xidməti tərəfindən də cərimələnə bilər. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO