Azərbaycanda bələdiyyə işçilərinin əməkhaqları TAM ÖDƏNİLMİR - VİDEO

Azərbaycanda bələdiyyə işçilərinin əməkhaqları TAM ÖDƏNİLMİR - VİDEO

Hazırda oxunan: Azərbaycanda bələdiyyə işçilərinin əməkhaqları TAM ÖDƏNİLMİR - VİDEO
134686
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin bir qrup əməkdaşının aprel ayı üzrə əməkhaqlarından bir hissəsi tutulub. 

Bizim.Media xəbər verir ki, bu barədə elə həmin işçilər özləri məlumat veriblər. Bildirilib ki, bəzi işçilərin maaşından 15 manat, bəzilərindənsə 35 manat tutulub. 

Bir ildən artıqdır ki, Dost İş Mərkəzinin xətti ilə çalışdıqlarını bildirən şikayətçilər ilk dəfədir belə vəziyyətlə üzləşdiklərini deyirlər. 

Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərov isə bildirib ki, işçilərin şikayəti əsassızdır.

Qurum rəsmisinin sözlərinə görə, həmin şəxslər qanunla müəyyən olunan iş saatına əməl etmədikləri üçün maaşlarından müxtəlif məbləğdə vəsait tutulub. Hər bir işçiyə də bu barədə əvvəlcədən məlumat verilib.  
Şikayətçilər isə idarə rəisinin dedikləri ilə razı deyillər. İddia edirlər ki, təyin olunmuş iş saatlarına uyğun xidmət başında olublar. 

Daha ətraflı videomaterialda: 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO