FHN-dən əhaliyə MÜRACİƏT - VİDEO

FHN-dən əhaliyə MÜRACİƏT - VİDEO

Hazırda oxunan: FHN-dən əhaliyə MÜRACİƏT - VİDEO
134040
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyi (FHN) texniki təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən Bizim.Media-ya daxil olan müraciətdə deyilir:

"Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik tələblərinin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə həyata keçirilən tədbirlər zamanı bəzi işbazlar tərəfindən qanunvericiliyin, habelə texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması ilə həyətyanı sahələrdə, əhalinin sıx məskunlaşdığı yaşayış ərazilərində yanacaq çənlərinin yerləşdirilərək istismar edilməsi, yanacağın plastik qablarda satışının təşkili faktları aşkar olunur. 
Bu isə ciddi pozuntu olmaqla, orada hər an baş verə biləcək yanğın və ya partlayış hadisəsi ilə insan həyatı və sağlamlığını real təhlükə ilə üz-üzə qoyur. Aşkar olunan hər bir belə faktla əlaqədar Agentlik tərəfindən qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi təmin edilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, “xüsusi icazə”si olmadan yanacaq çənlərinin istismar edilməsinin, o cümlədən plastik qablarda satışının qanunla qadağan olunduğunu xatırladır və vətəndaşlar tərəfindən belə faktlar aşkar olunduqda Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO