Bakı Limanı bu il ən azı 7 milyon ton yük aşıracaq

Bakı Limanı bu il ən azı 7 milyon ton yük aşıracaq

Hazırda oxunan: Bakı Limanı bu il ən azı 7 milyon ton yük aşıracaq
118005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ötən il 6 mln. 314 min yük aşırıb, bu da illik müqayisədə 13,6% artım deməkdir.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a müsahibəsində Bakı Limanının Strateji Planlama və İnkişaf Departamentinin müdiri Xudayar Həsənli bildirib.

“Bakı Limanı 2022-ci ildə müxtəlif göstəricilər üzrə artım nümayiş etdirib. Ümumi yükaşırma göstəricimiz 13,6% artaraq, 2021-ci ilin göstəricisi ilə müqayisədə 5 mln. 550 min tondan 6 mln. 314 min tona qədər yüksəlib”, - Xudayar Həsənli qeyd edib.

Onun sözlərinə görə, hesabat dövründə, liman tərəfində 51 514 təkərli nəqliyyat vasitəsi aşırılıb, bununla da 30,6% artım müşahidə edilib. Təkərli nəqliyyat vasitələri sırasına minik vasitələri, TIR-lar (iri yük avtomobilləri - red.), qoşqular və sair texnika daxildir.

“Eyni zamanda, hesabat dövründə 16%-dən çox konteynerlərin aşırılmasında artım müşahidə olunub. Belə ki, 2022-ci ildə Liman 52 276 TEU (20 fut ekvivalentində) konteyner aşırıb, bu da indiyədək əldə etdiyimiz ən yüksək göstəricidir”, - Department müdiri bildirib.
O, əlavə edib ki, bu il Bakı Limanı tərəfindən ən azı 7 mln. ton yükün aşırılması proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO