Berdiməhəmmədov: “Azərbaycanın bu formata qoşulması ən mühüm nəticədir”

Berdiməhəmmədov: “Azərbaycanın bu formata qoşulması ən mühüm nəticədir”

Hazırda oxunan: Berdiməhəmmədov: “Azərbaycanın bu formata qoşulması ən mühüm nəticədir”
641055
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşləri (C5+1) formatına qoşulması Asiya və Avropadakı tərəfdaşlarla geniş əməkdaşlıq perspektivləri açır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşünün açılışında bildirib.

S.Berdiməhəmmədov Azərbaycanın bu formata qoşulmasını, o cümlədən iqtisadi perspektivlər baxımından ən mühüm nəticə adlandırıb.

O, həmçinin Mərkəzi Asiya və Azərbaycanın regional və qlobal proseslərdə artan əhəmiyyətini vurğulayıb:

"Hazırda Mərkəzi Asiya və Azərbaycanın inkişafın ən mühüm logistika, enerji mərkəzləri kimi regional və qlobal proseslərdə rolu durmadan artır". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO