
- A-
- A
- A+
İsrail Fələstinə görə “Qalatasaray”dan UEFA-ya şikayət etdi
“Qalatasaray” klubunun prezidenti Dursun Özbek İsrailin Baş naziri Benyamin Netanyahunun hökumətinin Fələstin xalqına dəstək bannerlərinə görə UEFA-ya şikayət etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Özbek bu barədə noyabrın 24-də UEFA Çempionlar Liqasının V turunda “Aston Villa” ilə oyun öncəsi “RAMS Park” stadionunda danışıb.
Onun sözlərinə görə, İsrail hakimiyyəti azarkeşlərin tribunalarda Fələstinə dəstək aksiyalarına görə UEFA-ya müraciət edib.
Klub prezidenti Fələstin xalqına dəstəyin siyasi deyil, humanitar və mənəvi mövqe olduğunu vurğulayıb. O bildirib ki, “Qalatasaray” və Türkiyə xalqı fələstinlilərin yaşadığı əzablar qarşısında susmayacaq.
Özbek UEFA-nın siyasi motivli şikayəti nəzərə almayacağına və futbolun siyasi təzyiq vasitəsinə çevrilməsinə imkan verməyəcəyinə ümid etdiyini bildirib.
Türkiyə mediasının məlumatına görə, “Aston Villa” ilə oyundan əvvəl təhlükəsizliklə bağlı keçirilən iclasda banner məsələsi də müzakirə olunub. Buna baxmayaraq, tribunada Fələstinə dəstək bannerləri yenidən nümayiş etdirilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































