Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

640808

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Krausz ilə mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib.

Bu barədə Bizim.Media-ya ANAMA-dan məlumat verilib.
 

Bildirilib ki, görüş zamanı Azərbaycanda mövcüd mina probleminin miqyası və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə səfirə məlumat verilib.


Həmçinin Azərbaycanın mina təhlükəsi ilə mübarizə fəaliyyətinə İsrail tərəfindən dəstək imkanları, əməkdaşlıq perspektivləri, qabaqcıl texnologiyaların və innovativ həllərin minatəmizləmə prosesinə tətbiqi məsələləri, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO