Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək qərarı sosial mediada sərt etirazlara səbəb oldu – FOTOFAKT

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək qərarı sosial mediada sərt etirazlara səbəb oldu – FOTOFAKT

Hazırda oxunan: Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək qərarı sosial mediada sərt etirazlara səbəb oldu – FOTOFAKT

640754

Məlum olduğu kimi, Türkiyə və Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə və imkanların sürətli yerləşdirilməsi üçün tədbirlər görəcək. Bu barədə oktyabrın 5-də Ər-Riyadda keçirilən “Məkkə Müdafiə Alyansı”nın fövqəladə iclasından sonra yayılan birgə bəyanatda bildirilib.

Bəyanata əsasən, tərəflər Səudiyyə Ərəbistanının təhlükəsizliyinə qarşı təhdidlər fonunda kollektiv müdafiə mexanizmini işə salıblar. Türkiyə və Pakistan Krallığın müdafiəsi üçün razılaşdırılmış hərbi qüvvə və imkanların sürətli şəkildə yerləşdirilməsinə dair praktiki addımlar atacaq.

Qeyd edək ki, sözügedən qərarın verilməsinə səbəb Yəməndəki Husilərlə Səudiyyə Ərəbistanı arasında baş verən toqquşmalardır. 

Lakin rəsmi Ankaranın bu qərarı Türkiyə ictimaiyyəti tərəfindən sərt etirazla qarşılanıb. Belə ki, sosial şəbəkə istifadəçiləri sözügedən addımı Türkiyənin müsəlmanlara qarşı savaşa girməsi kimi dəyərləndiriblər. 

Haydar Akoraler adlı “X” istifadəçisi bu qərar sərt etirazını bildirərək, rəsmi Ankaranın ABŞ və İsrailin istəyi ilə Səudiyyə Ərəbistanına qoşun göndərdiyini yazıb:

“Bütün bunlar ABŞ və İsrailin istəyi ilə başlayıb. Dünənə qədər Səudiyyə Ərəbistanı ilə düşmən olan Türkiyə nə üçün onlara yardıma gedir? Çünki bunu ABŞ istədi”.


Ertan Yılmaz adlı istifadəçi də oxşar fikirlərlə çıxış edib:

“İsrail və ABŞ bacarmadığını Türk ordusu və Pakistan vasitəsilə reallaşdırır. Bu qətiyyən bizim maraqlarımıza uyğun deyil, yalnız ABŞ və İsrailin işinə yarayır. Ərəblər Dubayda kef çəksinlər, biz də onları qoruyaq?!”

“İsraili qorumaq üçün aylar əvvəl Tramp Türkiyəyə göz qoymuşdu. Öz əsgərləri bölgədən qaçandan sonra İsraili qorumaq vəzifəsi türk əsgərlərinin üzərində qaldı. Söz oyununa ehtiyac yoxdur, biz hər şeyi başa düşürük. Könüllü əsgərlik olsun, kim İsraili sevirsə, o getsin. Bizim ölkəmiz də müdafiəsiz qalmasın”, - deyə Betül adlı istifadəçi yazıb.

“Hektor Gasias” adlı istifadəçi isə İsrailin Türkiyənin bu qərarını bayram etdiyini bildirib:

“İsrailin bütün xəbər saytları “Məkkə İttifaqı”nı müdafiə edir. Almaniyadakı yəhudi mediası isə Husilərə hücum etdiyimizə görə, sevincdən rəqs edir”.


Paul Day Lewis adlı sosial şəbəkə istifadəçi:

“Türkiyə Məkkə razılaşmasına əsasən Husilərə zərbə endirmək üçün ABŞ-ın faydasına olan pakta daxil olur. Səudlər dünən bir xəstəxananı hədəf aldı, Türkiyə də razılaşmaya uyğun olaraq Yəmən torpaqlarına əsgər göndərəcək. Husilər İsraili vururdu, soruşanda da deyirlər ki, guya Türkiyə İsrailə qarşıdır”.


“ABŞ və İsrailin edə bilmədiyini edəcəyik. İslamın qılıncı olan Husiləri yox edəcəyik. Allah sizin burnunuzdan gətirsin. Allahın da bir planının olduğunu unutmayın”, - deyə Osman Osman adlı istifadəçi qeyd edib.

Sinan Demir də oxşar fikirləri yazıb:

“İsrailin və ABŞ-ın istəyilə qurulan sistem. Səudilərə dedilər ki, “Biz sizi İrandan qoruya bilmədik, amma pulunuzu almışıq. Siz gedin Türkiyə və Pakistanla razılaşın”. Türkiyə də qəbul etdi. Görəsən niyə?”


Rüzgar Eksen adlı istifadəçi Türkiyənin bu addımını tarixi utanc kimi dəyərləndirib:

“Bütün dünyaya qarşı döyüşən Yəmənə hücumlara qatılmış ölkələrin siyahısı: ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq, Fransa, Pakistan, Türkiyə, Qətər, Küveyt. Bizim bu siyahıda olmağımız tarixə utanc olaraq düşəcək”.


Qəmzə adlı sosial şəbəkə istifadəçisi isə Türkiyə hökumətini istefa verməyə çağırıb:

“Lazım gələrsə, hamınız istefa verməlisiniz. “Əsgərləmizin qanı səhralara axmamalıdır, analar ağlamasın” deyənlər İsraili qorumaq üçün övladlarımızı göndərirlər. Cinayət, soyqırımı törədənləri dəstəkləməyin”.


Erdal Tokal adlı istifadəçi də Türkiyənin savaşa daxil olmaq qərarını İsrailin təhlükəsizliyi üçün verdiyini düşünür:

“Siz heç utanmırsız? Türk əsgəri İsrailin təhlükəsizliyi üçün Husilərə, yəni İrana qarşı döyüşməyə gedəcək. Sözdə “İsrailə lənət olsun” deyirsiz, amma əməldə hər şey İsrail üçündür”.


Qeyd edək ki, sosial şəbəkələrin Türkiyə seqmentində bu cür paylaşımların və şərhlərin sayı kifayət qədər çoxdur. Bu isə rəsmi Ankaranın Səudiyyə Ərəbistanına qoşun göndərmək qərarının cəmiyyət tərəfindən ciddi narazılıqla qarşılandığının sübutudur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO