Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

Hazırda oxunan: Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

640748

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz qardaşlıq - V” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Özbəkistanda keçirilən təlimdə hərbi qulluqçularımız ölkəmizi layiqincə təmsil edərək yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.

 

Regionda təhlükəsizliyin, sabitliyin və hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə əsas diqqət qardaş ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə əməliyyatların planlaşdırılması və icrası üzrə uyğunluğun artırlmasına yönəldilib.

 

Plana əsasən itirakçılar dağlıq ərazidə və yaşayış məntəqələrində döyüşün aparılması, şərti düşmən arxasına sızma, kəşfiyyat-axtarış tapşırıqlarının icrası, mühüm obyektlərin ələ keçirilməsi, antiterror əməliyyatları zamanı girovların azad edilməsi və strateji obyektlərin mühafizəsi, eləcə də müxtəlif çaplı atıcı silahlardan, snayper tüfənglərindən, xüsusi vasitələrdən gündüz və gecə şəraitində atışlar yerinə yetiriblər.

Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın bacarıqlarını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Sonda birgə təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb, xatirə şəkilləri çəkdirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO