Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO

Hazırda oxunan: Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO
640464
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb.

Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.
 

Hazırda ölkəmizdə 8 sənaye parkı - Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası”, Balaxanı Sənaye Parkı fəaliyyət göstərir. Bu il Naxçıvan Sənaye Parkının təməli qoyulub, zəruri infrastrukturun yaradılması istiqamətində iş aparılır. Həmçinin Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərini əhatə edəcək Qərb Sənaye Parkında zəruri infrastrukturun yaradılması üçün layihələndirmə işləri görülür.


“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, bu müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib.

Təsisçilər Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” şirkəti (66%), İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (29%) və Türkiyənin “SİA Pharmaceuticals” şirkətidir (5%). Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat isə güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.

Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.
 

Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.


Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Burada 178 nəfər daimi işlə təmin ediləcək.

Müəssisə fəaliyyətində təhsil və elmi əməkdaşlığa da yer ayırıb. Belə ki, burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.

Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 1
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 2


Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 3
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 4
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 5
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 6
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 7
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 8
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 9
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 10
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 11
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 12
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 13
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 14
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 15
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 16
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 17
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 18
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 19
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 20
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 21
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 22
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 23
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 24
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 25
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 26
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 27
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 28
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 29
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 30
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 31
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 32
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 33
Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTO - foto 34

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO