BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Hazırda oxunan: BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto
640242
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 15-ci Konqresi çərçivəsində “BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası”na həsr olunmuş tədbir təşkil olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı BMT, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin “X” hesabında və BMT-nin rəsmi hesablarında məlumat paylaşılıb.

 

Məlumatda bildirilib ki, Konvensiyanı ratifikasiya etmiş ilk ölkələrdən biri olan Azərbaycan “İmzalanmadan icraya: BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının həyata keçirilməsi” adlı tədbirə töhfə verib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Həsən Mansurov çıxış edib.

O, Azərbaycanın kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişafında rolunu vurğulayıb.

Bildirilib ki, Azərbaycan Konvensiyaya qoşulma prosesi və milli qanunvericiliyin ona uyğunlaşdırılması üzrə təcrübəsini bölüşməyə hazırdır.

Qeyd edək ki, BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) təşkilatçılığı ilə beş ildən bir baş tutan qlobal tədbirdir. (Qafqazinfo.az)

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto - foto 1


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO