Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Hazırda oxunan: Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

640193

Rusiya Xarici İşlər Nazirliyi (XİN) xarici vətəndaşlara, o cümlədən diplomatik nümayəndəliklərin əməkdaşlarına Ukraynanı tərk etmək və bu ölkəyə səfər etməmək barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı bəyanatda bildirilib.

Bəyanatda bu xəbərdarlığın Rusiya Silahlı Qüvvələrinin Kiyev və digər şəhərlərdəki obyektlərə zərbələr endirməsi ilə əlaqədar verildiyi bildirilib.
 

Nazirlik qeyd edib ki, xarici vətəndaşlar və diplomatlar daha əvvəl də Kiyevi tərk etməyə və Ukraynaya səfərdən çəkinməyə çağırılıb. Bildirilib ki, mümkün mənfi nəticələrə görə məsuliyyət bu xəbərdarlıqlara məhəl qoymayan şəxslərin üzərinə düşəcək.

 

Nazirlik həmçinin ABŞ, Böyük Britaniya, Avropa İttifaqı ölkələri, Norveç və İsveçrənin də öz vətəndaşlarına Ukraynaya səfərlərlə bağlı dəfələrlə xəbərdarlıq etdiyini bildirib.

Rusiya XİN qeyd edib ki, buna baxmayaraq, Kiyevdə bir sıra səfirliklər fəaliyyət göstərir və xarici rəsmilər Ukraynaya səfərlər edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO