“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Hazırda oxunan: “Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO
639928
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağ iqtisadi rayonundakı "Qızılqaya" və Naxçıvan Muxtar Respublikasındakı "Qarabağlar" təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda keçirilən "Birliyin Gücü – 2026" birgə hərbi təliminə "Yüksək Səviyyəli Müşahidəçi Günü" başa çatdıqdan sonra yekun vurulub.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin başa çatması ilə əlaqədar keçirilən bağlanış mərasimində hərbi orkestrin müşayiəti ilə Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
 

Mərasimdə çıxış edənlər 3 ölkənin iştirakçı, 9 ölkənin isə müşahidəçi qismində qatıldığı təlimin hərbi qulluqçular arasında təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının yüksəldilməsinə və dostluq əlaqələrinin genişlənməsinə töhfə verdiyini bildiriblər.


Qeyd olunub ki, çətin relyef və real döyüş şəraitinə uyğunlaşdırılmış fəaliyyətlərin icrası zamanı hərbi qulluqçular yüksək peşəkarlıq, taktiki savad və koordinasiyalı fəaliyyət nümayiş etdiriblər. Təlim müddətində hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.

Çıxışlar bitdikdən sonra təlim zamanı fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.
Sonra təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin çıxışları iştirakçılar tərəfindən maraqla izlənilib.



“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 1
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 2
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 3
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 4
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 5
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 6
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 7
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 8
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 9
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 10
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 11
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 12
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO - foto 13


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO