Səfirdən Azərbaycan haqda: “Bunu heç vaxt unutmayacağıq!”

Səfirdən Azərbaycan haqda: “Bunu heç vaxt unutmayacağıq!”

Hazırda oxunan: Səfirdən Azərbaycan haqda: “Bunu heç vaxt unutmayacağıq!”
639270
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ukraynanın Xarkov və Xerson vilayətlərindən, cəbhə xəttində yerləşən və Rusiya hücumlarından ciddi zərər çəkmiş bölgələrdən bir qrup uşaq Azərbaycana gətirilib".

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevə, hökumətə və bütün Azərbaycan xalqına ukraynalı uşaqlara göstərdiyi dəstəyə görə çox minnətdarıq. Biz bunu heç vaxt unutmayacağıq. Bu, Ukrayna və Azərbaycan uşaqlarını, ailələri və xalqlarımızı birləşdirən çox mühüm proqramdır. Çox sağ ol, Azərbaycan”, – Ukraynanın Azərbaycandakı səfiri bildirib.

Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar zərər çəkən növbəti qrup ukraynalı uşaq bu gün Azərbaycana gətirilir.

Ötən dövrdə Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO