Ceyhun Bayramov Nyu-Yorkda Cibutili həmkarı ilə görüşdü - FOTO

Ceyhun Bayramov Nyu-Yorkda Cibutili həmkarı ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Nyu-Yorkda Cibutili həmkarı ilə görüşdü - FOTO

638165

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdulkader Hüseyn Ömər ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi sosial media səhifəsində məlumat paylaşıb.
 

Görüşdə Azərbaycan-Cibuti münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər yüksəksəviyyəli təmasların və siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Ticarət, iqtisadiyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, mövcud imkanlardan səmərəli istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilib.


Nazirlər, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda koordinasiya və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Görüşdə Azərbaycanın 2027-ci ildə İƏT Sammitinə ev sahibliyi etməyə hazırlığı və qarşıdakı İƏT sədrliyi ilə bağlı məsələlər də müzakirə olunub.

Həmçinin Yaxın Şərqdə cərəyan edən təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, gərginliyin azaldılmasının və yaranmış vəziyyətin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO