
- A-
- A
- A+
"Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil" - Səhiyyə Nazirliyinin eksperti
"Valideynlərə müraciət edərək bildirmək istəyirəm ki, uşaqlara C vitamini və ya digər vitaminlərin verilməsinin immuniteti gücləndirdiyinə dair tibbi sübutlar yoxdur".
Bizim.Media xəbər verir ki, bunu Respublika Pediatriya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Pediatriya üzrə mütəxəssis-eksperti Erkin Rəhimov İTV-nin efirində canlı yayımlanan “Xəbərimiz var” verilişində sualları cavablandırarkən bildirib.
Onun sözlərinə görə, uşaqda anadangəlmə və ya sonradan yaranmış problemlər səbəbindən immunitet pozula bilər:
"Belə hallarda spesifik müalicə aparılır. Sağlam uşağın immunitetini gücləndirmək üçün isə hər hansı xüsusi üsul yoxdur".
Direktor qeyd edib ki, yeni doğulmuş dövrdə hər xəstələnmə ciddi problemdir.
Onun sözlərinə görə, bağçaya gedən, ünsiyyət dairəsi genişlənən uşaq ayda iki-üç dəfə xəstələnə bilər:
"Ümumilikdə, oktyabrdan may ayına qədər virusların çox yayıldığı dövrdə uşağın səkkiz-on iki dəfə xəstələnməsində heç bir problem yoxdur. Bağça yaşına çatmamış uşaqlarda isə bu qədər tez-tez xəstələnmə artıq problem hesab olunur".
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































