Ərdoğan: “Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq”

Ərdoğan: “Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq”

Hazırda oxunan: Ərdoğan: “Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq”

638154

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olunmasına dəstəyini ifadə edib.

Bizim.Media xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Türkiyənin Cənubi Qafqaza baxışının aydın olduğunu bildirib.
 

“Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq. Cənab Əliyev və cənab Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.


Rəcəb Tayyib Ərdoğan, həmçinin Ermənistanla Türkiyə arasında normallaşma prosesini qətiyyətlə davam etdirdiklərini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO