Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik - FOTO

Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik - FOTO

637647

Bu gün Azərbaycan tarixində dövlət suverenliyimizin tam bərpasını ifadə edən əlamətdar gündür.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
 

"2023-cü il sentyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu", - o xatırladıb.


M. Cabbarov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:

"Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh və firavanlıq arzulayırıq. Bu tarixi nailiyyət uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik".
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO