Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında - FOTO/VİDEO

Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında - FOTO/VİDEO

Hazırda oxunan: Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında - FOTO/VİDEO
637208
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.

Bizim.Meida xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir.

Burada aparılan ilkin arxeoloji tədqiqatlar nəticəsində XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən artefaktlar tapılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ildə Şamaxıya səfərləri çərçivəsində ziyarətgahda olub və abidədə konservasiya işlərinin aparılmasına dair tapşırıqlar veriblər.

Ziyarətgahın çay və qaya daşlarından tikilmiş qalıqları ötən müddət ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya edilib. Ziyarətgahın içərisində Pir Ömər Avaxılıya, kənarlarında isə başqa şəxslərə aid 8 qəbir aşkar edilərək səliqəyə salınıb. Ziyarətgahın və onun ətrafının konservasiya işlərindən sonra qorunması üçün eyni daş materialından divar hörülüb.

 

Divarın üzərində 16 metr hündürlüyündə səkkizbucaqlı metal konstruksiyadan hazırlanmış çardaq qurulub. Ziyarətgah və onun ətrafında konservasiya olunan sahədə buraya gələnlər üçün gəzinti zolağı yaradılıb. Aparılan işlər zamanı təbiətə və ətrafdakı qəbirlərə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib.


Qeyd edək ki, bu ziyarətgahın bərpası dini-tarixi abidələrin qorunub saxlanılması istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Pir Ömər Sultan ziyarətgahının konservasiyasının Heydər Əliyev Fondunun dəstəyi ilə aparılması isə Fondun ölkəmizdə dövlət səviyyəsində icra edilən bu işlərə verdiyi böyük dəstəkdir.



Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında - FOTO/VİDEO - foto 1
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında - FOTO/VİDEO - foto 2
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında - FOTO/VİDEO - foto 3
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında - FOTO/VİDEO - foto 4
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında - FOTO/VİDEO - foto 5
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında - FOTO/VİDEO - foto 6
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında - FOTO/VİDEO - foto 7
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında - FOTO/VİDEO - foto 8
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında - FOTO/VİDEO - foto 9

Bizim.Meida

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO