Səfirimiz Lavrovun müavini ilə görüşdü

Səfirimiz Lavrovun müavini ilə görüşdü

Hazırda oxunan: Səfirimiz Lavrovun müavini ilə görüşdü

637078

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, görüşdə ikitərəfli gündəliyin bir sıra cari məsələləri müzakirə olunub.
 

Tərəflər, o cümlədən 2026-cı il iyulun 17-də Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında keçirilmiş danışıqlar zamanı əldə olunan razılaşmaların həyata keçirilməsini, tamhüquqlu mədəni dialoqun bərpasını və humanitar məsələlərin həllini müzakirə ediblər.


Görüşdə, həmçinin qarşıdakı təmasların qrafiki nəzərdən keçirilib.

Tərəflər 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin potensialının tam şəkildə reallaşdırılmasının vacibliyini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO