Əli Nağıyev Qazaxıstanda səfərdədir

Əli Nağıyev Qazaxıstanda səfərdədir

Hazırda oxunan: Əli Nağıyev Qazaxıstanda səfərdədir

637047

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Asiya dövlətləri və Azərbaycan xüsusi xidmət orqanları rəhbərlərinin Qazaxıstanda "Müasir təhdidlər şəraitində regional təhlükəsizliyin təmin olunması" mövzusunda keçirilən görüşündə iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə DTX-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən general-polkovnik Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının ölkələr arasında münasibətlərin strateji xarakterini aydın şəkildə əks etdirdiyini vurğulayaraq Azərbaycanın bu formatın tamhüquqlu iştirakçısına çevrilməsinin regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən tarixi addım olduğunu, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.
 

DTX rəisi regional təhlükəsizliyə təhdidlər sırasında beynəlxalq terrorçuluq və dini ekstremizm, transmilli cinayətkar qruplaşmaların fəaliyyəti, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə yanaşı, kibercinayətkarlığın müasir formalarının, habelə kritik infrastruktura yönəlmiş digər təhlükələrin də yer aldığını, cinayətkar və terrorçu qruplaşmaların nəqliyyat, kommunikasiya və digər həyati əhəmiyyətli obyektlərin fəaliyyətinə təsir göstərmək məqsədilə müasir informasiya texnologiyalarından istifadə imkanlarının xüsusi narahatlıq doğuran amil olduğunu qeyd edib.


General-polkovnik Əli Nağıyev Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətləri səciyyələndirən qardaşlıq, qarşılıqlı hörmət və etimad mühitinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.


Görüşün sonunda regional təhlükəsizliyin və sabitliyin daha da möhkəmləndirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO