Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADY-də - FOTO

Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADY-də - FOTO

Hazırda oxunan: Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADY-də - FOTO
636954
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-də olublar.

Bizim.Media xəbər verir ki, görüş zamanı ADY ilə Asiya İnkişaf Bankı arasında mövcud əməkdaşlıq, nəqliyyat infrastrukturunun inkişafı, dəmir yolu sektorunda həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

ADY nümayəndələri qonaqlara Azərbaycanın dəmir yolu sisteminin inkişafı, sərnişin daşımalarında tətbiq olunan müasir həllər və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat veriblər.
 

Bildirilib ki, ADY ölkənin nəqliyyat bağlantılarının gücləndirilməsi, dayanıqlı və rəqəmsal nəqliyyat həllərinin tətbiqi, eləcə də sərnişinlərə rahat və təhlükəsiz xidmətlərin göstərilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.


Daha sonra AİB Direktorlar Şurasının üzvləri ADY-nin sərnişin xidmətlərindən istifadə edərək qatarla Gəncə şəhərinə yola düşüblər.

Səfər Azərbaycanın dəmir yolu infrastrukturunun və sərnişin daşımaları sahəsində tətbiq olunan müasir yanaşmaların beynəlxalq tərəfdaşlara təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADY-də - FOTO - foto 1
Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADY-də - FOTO - foto 2
Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADY-də - FOTO - foto 3
Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADY-də - FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO