Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş - FOTO

Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş - FOTO

Hazırda oxunan: Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş - FOTO

636609

Sentyabrın 14-də Media və Yayım Şurasının sədri Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Şuradan verilən məlumata görə görüşdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Azərbaycan və Türkiyə arasında media və kommunikasiya sahəsində mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.

Müasir informasiya mühitində sözügedən sahədə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, dezinformasiya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın vacibliyi qeyd olunub.
 

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi rəqəmsal transformasiyanın media və kommunikasiya sahəsində yaratdığı yeni imkanlardan bəhs edib.


Yeni media alətlərinin effektiv tətbiqi, müasir kommunikasiya yanaşmalarının inkişaf etdirilməsi, eləcə də iki ölkənin media nümayəndələri arasında peşəkar əlaqələrin və birgə təşəbbüslərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı müasir informasiya çağırışlarına qarşı koordinasiyalı yanaşma imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO