Şahbaz Şərif Azərbaycana GƏLİR

Şahbaz Şərif Azərbaycana GƏLİR

Hazırda oxunan: Şahbaz Şərif Azərbaycana GƏLİR

636054

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"ın Xankəndiyə ezam olunmuş müxbirinə diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.

Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitinin oktyabrın ortalarında Bakıda keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO