Hikmət Hacıyevdən İlham Əliyev və Paşinyanın son görüşü barədə AÇIQLAMA

Hikmət Hacıyevdən İlham Əliyev və Paşinyanın son görüşü barədə AÇIQLAMA

Hazırda oxunan: Hikmət Hacıyevdən İlham Əliyev və Paşinyanın son görüşü barədə AÇIQLAMA

636038

“Azərbaycan regionumuzda davamlı sülhün bərqərar olması və möhkəmləndirilməsi üçün əlavə səylər göstərməkdə davam edəcək”.
 
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpusa müraciətində deyib.

“Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik. Anladıq ki, sülh şəraitində yaşamaq – sözlərlə izah edilə bilməyəcək qədər böyük bir hissdir. Sülh həm də yerlərdə aparılan yenidənqurma və bərpa işlərindən başlayır. Sülh yalnız qarşıdurmanın olmaması demək deyil. Sülh həm də sülh quruculuğu, yenidənqurma və bərpa prosesinə inam və etimadın formalaşdırılması deməkdir.

Mən həmçinin şadam ki, Azərbaycan və Ermənistan liderlərinin son görüşü çox konstruktiv atmosferdə keçib.
 

Hər iki tərəf sülh gündəliyimizi daha da irəli aparmaq və iki ölkə arasında etimadı gücləndirmək, eləcə də ticarət əlaqələrini, o cümlədən iki ölkə və daha geniş region arasında bağlantı və nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədilə ikitərəfli qarşılıqlı fəaliyyətə başlamaq barədə razılığa gəlib”, - Hikmət Hacıyev qeyd edib.


O, bununla yanaşı, üçtərəfli konsepsiyanın inkişafı ilə bağlı müsbət əlamətlərin olmasından da məmnun olduğunu bildirib və bu layihənin həyata keçirilməsinə tam sadiqlik nümayiş etdirdikləri üçün amerikalı tərəfdaşlara minnətdarlığını ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO