Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər - FOTO

Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər - FOTO
635945
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər, ikitərəfli tərəfdaşlığın inkişaf perspektivləri, habelə regionda mövcud vəziyyət və regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan işlər müzakirə olunub.

Yüksəksəviyyəli qarşılıqlı səfər və təmasların Azərbaycan-Aİ gündəliyinin irəlilədilməsi və müxtəlif sahələr üzrə genişləndirilməsi baxımından önəminə toxunulub.
 

Azərbaycan-Aİ münasibətlərinin institusional və hüquqi çərçivəsinin daha da inkişaf etdirilməsi, ikitərəfli Tərəfdaşlıq prioritetləri sənədi üzrə danışıqların yekunlaşması, eləcə də yeni ikitərəfli saziş üzrə danışıqlar prosesinin perspektivləri müzakirə olunub.


Görüş zamanı Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında normallaşma və etimad quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilib.

Azərbaycan və Ermənistan liderləri arasında cari ilin avqust ayında Bişkekdə keçirilmiş görüş çərçivəsində aparılmış müzakirələrin regional sülh gündəliyinin irəlilədilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin regionda enerji və kommunikasiya sahəsində görülən işlər, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər - FOTO - foto 1
Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər - FOTO - foto 2


​​​​​​​Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO