Bu gün Ermənistana 8 vaqon dizel GÖNDƏRİLƏCƏK

Bu gün Ermənistana 8 vaqon dizel GÖNDƏRİLƏCƏK

Hazırda oxunan: Bu gün Ermənistana 8 vaqon dizel GÖNDƏRİLƏCƏK

612084

Bu gün Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndəriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə "report.az"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
 

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2955 ton "Aİ-95" benzini ixrac olunub.


Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. 6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO