Prezidentdən erməni nümayəndənin təxribatçı sualına DİPLOMATİK CAVAB - VİDEO

Prezidentdən erməni nümayəndənin təxribatçı sualına DİPLOMATİK CAVAB - VİDEO

Hazırda oxunan: Prezidentdən erməni nümayəndənin təxribatçı sualına DİPLOMATİK CAVAB - VİDEO
596277
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bilirsiniz, hüquqi məsələlərə gəldikdə, Ermənistan konstitusiyası ilə bağlı məsələdə mən təfərrüata çox getmək istəməzdim. Siz burada qeyd etdiniz, müstəqillik haqqında bəyannaməyə gəldikdə, Ermənistanın mətnində Azərbaycana ərazi iddiaları var. Bu, preambulada yazılıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə erməni nümayəndənin təxribatçı sualına cavabında bildirib.

“Konstitusiyada bu var, “Vikipediya”dan yoxlaya bilərik. Görüşümüzü başa çatdırmadan baxa bilərsiniz. Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz. Hüquqşünas deyiləm, amma bunu başa düşürəm. Həmin istinadın Ermənistan konstitusiyasından çıxarılması yeganə ilkin şərtdir ki, həll olunmamış qalır. Sülh sazişinin imzalanması üçün. Bu gün Ermənistanla Azərbaycan arasında daha çox anlaşma var ki, bununla bağlı hansı addım atılmalıdır.

O ki qaldı sülh yolu qovşağına, bilirsiniz, Prezident Tramp qayıtdıqdan sonra TRIPP layihəsini irəli sürdü. Daha sonra Bayden kimi prezident gəlsə, o sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək”, - İlham Əliyev qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO