Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –FOTO/VİDEO

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –FOTO/VİDEO

Hazırda oxunan: Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –FOTO/VİDEO
594477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirilib.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Respublikasının Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciəti nümayiş olunub.

Mərasimdə Prezident İlham Əliyev çıxış edib.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış edib.

Mərasimdə, həmçinin “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış edib.
 

Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nı laureatlara təqdim edib.


Sonda birgə foto çəkdirilib.


Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –FOTO/VİDEO - foto 1
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –FOTO/VİDEO - foto 2
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –FOTO/VİDEO - foto 3
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində –FOTO/VİDEO - foto 4
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO