Arif Hacılı Prezidentin Brüssel səfərindən danışdı: “Bu faktlar müsbət haldır” - ÖZƏL

Arif Hacılı Prezidentin Brüssel səfərindən danışdı: “Bu faktlar müsbət haldır” - ÖZƏL

Hazırda oxunan: Arif Hacılı Prezidentin Brüssel səfərindən danışdı: “Bu faktlar müsbət haldır” - ÖZƏL

50970

Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri haqqında ölkəmizin KİV-ləri ilə yanaşı, dünya mətbuatı da geniş yazı və müsahibələrlə çıxış edir. Səfərin yekunlarına dair bir çox xarici ekspertlərin də fikri Azərbaycanın diplomatik uğuru kimi tirajlanır.

Azərbaycanda siyasi partiyalardan da verilən açıqlamalar bu görüşlərdə əldə olunan uğurlara və dövlətimizin prinsipal mövqe sərgiləməsinə həsr olunub.

Müsavat Partiyasının başqanı Arif Hacılı da Bizim.Media-ya özəl açıqlamasında Brüssel səfərini bir fakt olaraq müsbət dəyərləndirdiyini vurğulayıb:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Nikol Paşinyan 4 saat yarım nədən danışıb? – Görüşün TƏFƏRRÜATI


“Çünki Azərbaycan çoxdan Şərq Tərəfdaşlığı prosesində iştirak etmirdi. Burada konkret olaraq Belarusla təxminən eyni mövqe tuturdu. Lakin indi Belarusun Şərq Tərəfdaşlığı prosesindən tamamilə çıxdığı bir məqamda Azərbaycanın bu sammitdə iştirakı, eyni zamanda birbaşa Rusiyanın nəzarəti altında olmadan Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan rəhbəri ilə təmasların qurulması kimi faktlar müsbət haldır. 

Nəticələr barədə isə danışmaq hələ tezdir, yaxın gələcəkdə Ermənistan tərəfinin real addımlarından bu məsələ dəqiq bəlli olacaq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO