İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb - FOTO/VİDEO

İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb - FOTO/VİDEO
258221
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Bizim.Media xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Dövlət başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Rəcəb Tayyib Ərdoğan bir daha vurğulayıb ki, qardaş Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır. Türkiyə Prezidenti qeyd edib ki, bu, həmişə belə olub və bundan sonra da belə olacaq.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu sözlərinə görə təşəkkürünü bildirərək öz növbəsində vurğulayıb ki, Azərbaycan da həm sevincli, həm də kədərli günlərdə həmişə qardaş Türkiyənin yanındadır.

Azərbaycan və Türkiyə prezidentləri, həmçinin əməkdaşlığımızın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.



İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb - FOTO/VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO