Prezidentin səlahiyyətli nümayəndəsi Hərbi Hava və Hava Hücumundan Müdafiə birləşmə və hissələrində - FOTO

Prezidentin səlahiyyətli nümayəndəsi Hərbi Hava və Hava Hücumundan Müdafiə birləşmə və hissələrində - FOTO

Hazırda oxunan: Prezidentin səlahiyyətli nümayəndəsi Hərbi Hava və Hava Hücumundan Müdafiə birləşmə və hissələrində - FOTO

179590

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava və Hava Hücumundan Müdafiə birləşmə və hissələrində olub. Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev səlahiyyətli nümayəndəyə silahlanmada olan və silahlanmaya yeni daxil olunmuş silah və texnikanı təqdim edilərək onların taktiki texniki xüsusiyyətləri haqqında qısa məlumat verib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Fuad Nəcəfli hərbi hissənin şəxsi heyətinin döyüş qabiliyyətinin yüksəldilməsində, praktiki vərdişlərinin təkmilləşdirilməsində, silah və texnikanın bacarıqla idarə olunmasının öyrədilməsində istifadə olunan təlim maddi baza ilə tanış olub, birləşmə və hissələrin idarəetmə məntəqələrinin işini təmin edən rabitə avadanlıqları və texniki vastitələrə baxış keçirib.

Səlahiyyətli nümayəndəyə Hərbi Hava Qüvvələrinin təyyarə, vertalyot və pilotsuz uçuş aparatları haqqında, eləcədə onların qorunub saxlanılması və istismarı barədə də ətraflı məlumat verilib.
Daha sonra səlahiyyətli nümayəndə Fuad Nəcəfli hərbi hissənin texniki-istismar hissəsində olaraq texnikaya göstərilən qulluqla maraqlanıb, texniki və xidməti otaqların təyinatı ilə tanış olub.

Şəxsi heyətin qidalanma şəraiti və hərbi hissənin qərargahında yaradılmış şəraitlə tanış olan səlahiyyətli nümayəndə hərbi hissənin kollektivinə xidmətlərində uğurlar arzulayıb.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO