Ceyhun Bayramov Ermənistanla sülh prosesini britaniyalı nazirlə MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Ermənistanla sülh prosesini britaniyalı nazirlə MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Ceyhun Bayramov Ermənistanla sülh prosesini britaniyalı nazirlə MÜZAKİRƏ ETDİ

157446

Sentyabr 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti arasında telefon danışığı baş tutub.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

C.Bayramov Azərbaycan tərəfindən Qarabağ bölgəsində görülən lokal antiterror tədbirlərindən sonra bölgədə mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Antiterror tədbirləri nəticəsində regionda sülh və sabitliyə təhdid törədən erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulması və onların tərksilah edilməsinin ölkəmizin suveren ərazilərində hərbiləşmənin dəhşətli səviyyəsini bir daha nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Görülən antiterror tədbirlərinin, eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyasına təkan verdiyi, bu xüsusda, Azərbaycan Hökumətinin nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında aparılan təmasların nəticəsində həmin sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində tərəfimizdən əməli addımların atıldığı bildirilib.
Ermənistan tərəfinin guya bölgədə “etnik təmizləmə”nin həyata keçirildiyi ilə bağlı iddialarının həqiqətə uyğun olmadığı, ölkəmizin erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirlər gördüyü qeyd olunub.

Ölkəmizin həm ikitərəfli əsasda Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinə, habelə Azərbaycan Respublikasının Konstitusiyası, tərəf olduğumuz beynəlxalq mexanizmlər çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya səylərinə sadiq olduğu bir daha vurğulanıb.

Telefon danışığı çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO