Patriarx Kirill İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi

Patriarx Kirill İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi

Hazırda oxunan: Patriarx Kirill İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi
111706
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.


Siz dövlət başçısı vəzifəsində çalışdığınız illər ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı və onun vətəndaşlarının rifahı üçün çox iş görmüsünüz. Ölkədə dinlərarası dialoqun dəstəklənməsinə, milli və mədəni müxtəlifliyin qorunub saxlanmasına yönələn səylərinizi də qeyd etmək istərdim.

Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası ilə qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə minnətdaram. Ümidvaram ki, bu cür əməkdaşlıq müasirlərimizin həyatında yüksək əxlaqi idealların təsdiqlənməsinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, sülhün və ictimai həmrəyliyin dəstəklənməsinə bundan sonra da kömək edəcək.
Sizə möhkəm cansağlığı və ruh yüksəkliyi, Uca Yaradanın köməyini, doğma ölkənizin və həmvətənlərinizin rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO