İran Hörmüzü keçən gəmilərə xəbərdarlıq etdi

İran Hörmüzü keçən gəmilərə xəbərdarlıq etdi

Hazırda oxunan: İran Hörmüzü keçən gəmilərə xəbərdarlıq etdi

641691

İran hakimiyyəti Hörmüz boğazından bort naviqasiya və identifikasiya sistemləri söndürülmüş vəziyyətdə keçməyə cəhd edən bütün gəmiləri düşmən hesab edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin xüsusi bəyanatında bildirilib.
 

"Hörmüz boğazında naviqasiya və identifikasiya sistemlərini söndürən bütün gəmilər düşmən kimi qiymətləndiriləcək", – bəyanatda qeyd olunub.


İran hərbçiləri belə hallarda həmin gəmilərin "qətiyyətli şəkildə cəzalandırılacağını" da bildiriblər.

Məlumatda iddia olunur ki, oktyabrın 10-dan etibarən İranın Hörmüz boğazından keçidlə bağlı müəyyən etdiyi qaydaları pozan üç tanker dəniz minalarına düşərək partlayıb və yanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO