Rusiyanın “AvtoVAZ” şirkəti avtomobil istehsalını dayandırdı

Rusiyanın “AvtoVAZ” şirkəti avtomobil istehsalını dayandırdı

Hazırda oxunan: Rusiyanın “AvtoVAZ” şirkəti avtomobil istehsalını dayandırdı
62881
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın “AvtoVAZ” şirkəti komponentlərin (avtomobil hissələrinin) çatışmazlığı səbəbindən martın 5-dən Tolyattidəki zavodunda avtomobillərin istehsalını qeyri-müəyyən müddətə dayandıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Vedomosti”yə şirkətdəki iki mənbə məlumat verib. 

Həmsöhbətlərə fasilələrin dəqiq müddətinin aydın olmadığı deyilib. Əvvəlcə bu, bir neçə gün olub, lakin indiki vəziyyəti nəzərə alsaq, tarixi təxmin etmək çox çətindir.

Şirkətin nümayəndəsi “Vedomosti”nin suallarını cavablandırmayıb.

Rusiyada avtomobillərin daşınmasının və ya istehsalının dayandırıldığını artıq elan edənlər arasında Volkswagen Group Rus (Audi, Volkswagen, Skoda, Porsche, Lamborghini, Bentley və Ducati motosikletləri), General Motors (Chevrolet və Cadillac), Jaguar Land Rover, BMW, Renault, Hyundai, Toyota, Lexus da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO