Paşinyanın mandatdan imtina etməsinin VACİB SƏBƏBLƏRİ  

Hazırda oxunan: Paşinyanın mandatdan imtina etməsinin VACİB SƏBƏBLƏRİ  

29336

“Paşinyanın mandatından imtina etməsi gözlənilən bir addım idi. O, icraedici strukturun rəhbəri olaraq qanunvericilik strukturunda təmsil oluna bilməz. Həm də Ermənistanın konstitusiyasına görə, seçki qabağı partiyalar siyahılar formalaşdıranda mütləq şəkildə baş nazirliyə namizədi də müəyyən etməlidirlər. Paşinyan da öz partiyasının təqdim etdiyi siyahıda baş nazirliyə namizəd kimi göstərilib”.

Bu sözləri Bizim.Media ilə dialoqu zamanı politoloq Fərhad Məmmədov bu gün Nikol Paşinyanın mandatından imtina etməsi məsələsini şərh edərkən bildirib. O, vurğulayıb ki, digər mandatdan imtina edən şəxslər isə böyük ehtimalla hökümətin icraedici qolunda təmsil olunacaqlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Moskva görüşündən sonra Paşinyan mandatdan imtina etdi - İrəvanda nə baş verir?


“Onlar nazir, nazir müavini və ya vilayətlərin qubernatoru kimi vəzifələr namizəd olacaqlar. Bu səbəbdən də onlar mandatdan imtina ediblər. Bu normal bir praktikadır”.

Politoloq həmçinin fevralda Paşinyanın ölkədə payızda referendum seçkilərinin keçirilməsi barədə verdiyi açıqlamasından da danışıb.

“Böyük ehtimalla o, indiki mərhələdə növbəti dəfə seçkiyə getməkdən imtina edəcək. Hazırda Paşinyanın bu mərhələdə konstitusiya islahatlarına getməsi inandırıcı deyil. Ancaq yenə də situasiya hər an dəyişə bilər”.

F.Məmmədov yaxın iki həftə ərzində Ermənistanda hökümətin tam formalaşacağını da deyib. O, bildirib ki, artıq buna heç bir maneə qalmayıb. 

“Hazırda onların mandatdan imtina etməsi normal bir prosedurdur. Sadəcə, müxalifətin seçkilərin nəticələrinə görə Konstitusiya Məhkəməsinə müraciət etməsi prosesi bir az ləngitdi.

Keçən həftə Konstitusiya məhkəməsi seçkilərin nəticələrini tanıdı. Bununlada yaxın 2 həftə ərzində hökümətin tam formalaşması üçün heç bir maneə qalmadı”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO