Moskva görüşündən sonra Paşinyan mandatdan imtina etdi - İrəvanda nə baş verir?

Hazırda oxunan: Moskva görüşündən sonra Paşinyan mandatdan imtina etdi - İrəvanda nə baş verir?

29314

Ermənistan Mərkəzi Seçki Komissiyası mandatlarından imtina edən deputatların siyahısını təqdim edib (bunun üçün ərizələrin qəbulu dünən saat 18: 00-da bitib). 

Bizim.Media xəbər verir ki, bu barədə MSK katibi Armen Smbatyan öz Facebook səhifəsində məlumat yayıb.

“Vətəndaş müqaviləsi” partiyasından hökumətin bu üzvləri mandatlarından imtina ediblər: Nikol Paşinyan (Baş nazir səlahiyyətlərini icra edən), Suren Papikyan (Ərazi İdarəetmə naziri vəzifəsini icra edən), Anahit Avanesyan (Səhiyyə naziri vəzifəsini icra edən), Romanos Petrosyan (Ekologiya naziri vəzifəsini icra edən) və Arayik Arutyunyan (Baş nazirin müşaviri).

Qnel Sanosyan (Geğarkunik bölgəsinin qubernatoru), habelə keçmiş parlament sədri Ararat Mirzoyan, “Mənim addımım” fraksiyasının keçmiş rəhbəri Lilit Makunts da mandatdan imtina ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan kadr dəyişikliyinə başlayır - 25 səfir geri çağırılır


Akop Simidyan, Armen Pambuxçyan, Ovannes Arutyunyan, Ambartsum Matevosyan, Diana Qasparyan, David Gevorkyan, Narek Mkrtçyan, Aram Xaçatryan da onların arasındadır.

Bundan əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və Marianna Yepremyan “Hayastan” blokundan mandatlarını almamışdılar. 

Parlamentə daxil olan "Mənim şərəfim var" blokundan heç kəs mandatından imtina etməyib.

Qeyd edək ki, parlament seçkilərindən sonra Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 71, “Hayastan” bloku (Robert Köçəryan rəhbərlik edir) 29, “Mənim şərəfim var” bloku 7 mandat qazanıb.
 

Xatırladaq ki, Ermənistan parlamentinin yeni çağırışının ilk iclası 2 avqustda baş tuta bilər. MSK katibi Armen Smbatyanın “Sputnik Ermənistan”a verdiyi məlumata görə, komissiya siyasi qüvvələrə 21 iyul da daxil olmaqla müddət verib.


Belə ki, parlamentə getmək istəməyən bütün namizədlər imtina etdiklərini bildirməlidirlər. 

Daha sonra MSK iclas keçirəcək və mandat alan namizədləri qeydə alacaq. İkinci bazar ertəsi günü yeni parlamentin ilk iclası keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO