Volkov Qarabağa general kimi gəlib, milyoner kimi gedir - DETALLAR

Hazırda oxunan: Volkov Qarabağa general kimi gəlib, milyoner kimi gedir - DETALLAR

132690

Xəbər verdiyimiz kimi, Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Aleksandr Volkovu geri çağırmaq qərarına gəlib. İnternetdə bununla bağlı yazırlar ki, Volkov Qarabağa general kimi gəlib, milyoner kimi gedir.

Bizim.Media xatırladır ki, mövzu ilə bağlı sosial şəbəkələrdə, xüsusilə ermənilər tərəfindən saysız-hesabsız informasiyalar yayılıb. 

Xankəndidə müvəqqəti yaşayan ermənilər dəfələrlə şikayət ediblər ki,  Ermənistana gedib-gəlmək üçün sülhməramlılar hər maşına görə onlardan rüşvət alır.

“Novaya qazeta. Avropa” nəşrinin jurnalisti Azərbaycanın Qarabağ bölgəsinə, yəni Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi əraziyə səfər edərək oradan hesabat hazırlayıb. 

Jurnalistlə söhbətində yerli sakinlər rus sülhməramlılarının hərəkətlərindən, xüsusən də hərbçilərin Qarabağa buraxdıqları hər maşına görə rüşvət almalarından narazılıqlarını bildiriblər.

Xankəndi sakini Qayane Arustamyanın sözlərinə görə, “hər maşın üçün bir neçə min dollar ödəməlisən”. 

Qadın iddia edir ki, sülhməramlılar “maşınlarında qaçaqmalçılıq yolu ilə dükanlara ərzaq aparırlar: 

"İstənilən dilerdən soruşun ki, ərzaq niyə bu qədər bahadır, hamısı sizə izah edəcək, çünki sülhməramlılar hər maşın üçün bir neçə min dollar alır".

Özünü Nara kimi təqdim edən digər yerli sakin deyir ki, çox adam İrəvana pulla gedir:

“Tanışlarım Rusiya sülhməramlılarının vasitəsilə İrəvana gedir və geri qayıdır. Mənə fərqli qiymətlər dedilər, adambaşına min dollara qədər... Xocalı hava limanında sülhməramlılarla danışmaq lazımdır. Amma bunu təşkil edəcək erməni tanışın olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO