Toy günü faciəyə çevrildi - Bəyin dostu gəlin maşınında həyatını itirdi - Video

Toy günü faciəyə çevrildi - Bəyin dostu gəlin maşınında həyatını itirdi - Video

Hazırda oxunan: Toy günü faciəyə çevrildi - Bəyin dostu gəlin maşınında həyatını itirdi - Video
647559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəzza zolağının Deyr əl-Bələh şəhərində yeni evlənən cütlüyün toy günü faciəyə çevrilib. İsrail ordusunun toy məkanının qarşısında gözləyən avtomobili pilotsuz uçuş aparatı ilə vurması nəticəsində 26 yaşlı Nəşət Fuad Əvvad həyatını itirib. Həlak olan gənc bəyin yaxın dostu olub.

Bizim.Media xəbər verir ki, hadisə noyabrın 12-də şəhərin cənubundakı Əl-Bərakə küçəsində baş verib.

Məlumata görə, avtomobil gəlin və bəyi toy fotosessiyasına aparmaq üçün zalın qarşısında gözləyirmiş. Hücum zamanı avtomobilin sükanı arxasında olan Nəşət Fuad Əvvad həyatını itirib.

Hücumdan bir qədər əvvəl fotosessiya üçün avtomobildən düşən bəy Məhəmməd Əbu Səncərci dostunun ölümünə gözləri qarşısında şahid olub.

O, “Reuters”ə danışarkən dostunun avtomobillə bir neçə metr irəlilədiyini, bundan dərhal sonra hücumun baş verdiyini bildirib.
 

“Şəkil çəkdirmək üçün avtomobildən düşmüşdüm. O, bir neçə addım irəlilədi, sonra onu parçalanmış vəziyyətdə gördüm. Sağam, Allaha şükür etməliyəm, amma artıq sevinc qalmayıb”, – deyə bəy yaşadığı dəhşəti ifadə edib.


Məlumata görə, hadisə zamanı digər şəxslər də yaralanıb. Hücum anında gəlin və bəy avtomobildə olmayıb. Bəy xəsarət almadan xilas olsa da, gəlinin vəziyyəti barədə ətraflı məlumat verilməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO