Fransızlar yenidən mitinqlərə başlayır – Bir gündə 60 aksiya keçiriləcək

Fransızlar yenidən mitinqlərə başlayır – Bir gündə 60 aksiya keçiriləcək

Hazırda oxunan: Fransızlar yenidən mitinqlərə başlayır – Bir gündə 60 aksiya keçiriləcək
647524
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa hakimiyyəti şənbə günü Parisdə keçiriləcək etiraz aksiyalarında 30 mindən 60 minədək insanın iştirak edəcəyini proqnozlaşdırır.

Bizim.Media "LCI" telekanalına istinadən xəbər verir ki, paytaxtda eyni vaxtda Respublika meydanından başlayacaq üç ayrı etiraz yürüşünün keçirilməsi üçün hökumətə müraciət edilib.

Birinci aksiya bahalaşmaya və digər sosial problemlərə etiraz edən "Sarı jiletlilər" hərəkatının nümayəndələri tərəfindən təşkil olunur.

İkinci yürüşü uşaqlara qarşı zorakılıq əleyhdarları keçirəcək. Üçüncü aksiya isə parlamentin polis əməkdaşlarının silahdan qanuni istifadə prezumpsiyası haqqında qanunu qəbul etməsinə qarşı çıxanları bir araya gətirəcək.
 

Nümayişlərin təşkilatçıları nümayişlərin Millət (Place de la Nation) və Bastiliya meydanlarında başa çatacağını bəyan ediblər.


Lakin Paris Polis Prefekturası hələlik bu marşrutların heç birini təsdiqləməyib. Bundan əlavə, Fransa Daxili İşlər Nazirliyinin analitikləri təşkilatçılar arasında həmkarlar ittifaqlarının nümayəndələri olmadığı üçün təhlükəsizlik baxımından ciddi risklərin yarana biləcəyindən ehtiyat edirlər. Bununla belə, prefekturadan bildirilib ki, iğtişaş və talan riskləri fonunda aksiyanın şəhər kənarına köçürülməsi təkliflərinə ən açıq tərəf məhz "Sarı jiletlilər"dir.

"Aksiyalar açıq şəkildə antipolis xarakteri daşıyacaq və sol radikalları cəlb edəcək mövzuları gündəmə gətirəcək. Həmçinin kəşfiyyat məlumatlarına görə, hüquq-mühafizə orqanlarına qarşı aqressiyaya köklənmiş təxminən 600 gəncdən ibarət qruplaşmanın da iştirakı gözlənilir", – deyə məlumatda bildirilib.

Bundan əvvəl efirdə çıxış edən Fransanın daxili işlər naziri Loran Nunyes ölkə üzrə ümumilikdə 50-60 müxtəlif nümayişin gözlənildiyini açıqlayıb.

O, küçələrdə asayişin qorunması üçün nə qədər polis qüvvəsinin cəlb ediləcəyini dəqiqləşdirməsə də, gün ərzində güc strukturlarının nümayəndələri ilə keçirəcəyi müşavirədə bu məsələni müzakirə edəcəyini deyib.

Qeyd edək ki, Fransada Makron hakimiyyətinə qarşı kütləvi etiraz aksiyaları bir aydan çoxdur davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO